San-Fransiskoda polis rəisinin istefasını tələb edən 33 etirazçı həbs edilib

San-Fransiskoda polis rəisinin istefasını tələb edən 33 etirazçı həbs edilib
# 08 may 2016 05:45 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın San-Fransisko şəhərində polis rəisinin istefasını tələb edən 33 etirazçı həbs edilib.

APA-nın ABC News telekanalına istinadən verdiyi xəbərə görə, onlarla etirazçı şəhər administrasiyası binasının qarşısında toplaşaraq polis rəisinin istefasına dair şüarlar səsləndiriblər.

Aksiya zamanı etirazçılar və piketi dağıtmağa çalışan polis əməkdaşları arasında qarşıdurma baş verib.

Polisdən bildirilib ki, etirazçılar asayiş keşikçilərinin dağılışmalarına dair çağırışlarına məhəl qoymadıqları üçün həbs ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR