Kukla Teatrında Türkiyənin "Qaragöz" tamaşası nümayiş olunacaq

Kukla Teatrında Türkiyənin "Qaragöz" tamaşası nümayiş olunacaq
# 16 may 2016 12:22 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mayın 19-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Türkiyənin kölgə oyunu “Qaragöz” tamaşası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, UNİMA Azərbaycan Milli Mərkəzinin təşəbbüsü və Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə baş tutacaq tamaşanı Bakıdakı bir neçə internat və uşaq evlərinin balaca teatrsevərləri izləyəcəklər.

Yeddi əsr əvvəl Türkiyədə məscid inşa edən iki ustanın - Qaragöz və Hacıvartın həyatından bəhs edən ”Qaragöz” tamaşası Azərbaycanda bundan əvvəl də nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR