İSB: İcbari sığorta polislərinin elektron qaydada satışı maxinasiyaların qarşısı alacaq

İSB: İcbari sığorta polislərinin elektron qaydada satışı maxinasiyaların qarşısı alacaq
# 24 iyun 2016 13:26 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İcbari Sığorta Bürosu (İSB) icbari sığorta məhsullarının satışına "Elektron İmza" vasitəsilə həyata keçirəcək.


"APA-Economics" xəbər verir ki, bunu İSB-nin icraçı direktoru Elxan Quliyev deyib.

Onun sözlərinə görə, elektron satışla əlaqədar hal-hazırda sistemə dəyişikliklər hazırlanır. Hazırlıq başa çatdıqdan sonra məhsulların elektron qaydada satışı həyata keçiriləcək: "Hal-hazırda sistemə məlumatların daxil edilməsi ilə əlaqədar müəyyən problemlər var. Bilirsiniz ki, qəza törətməyən sürücülər üçün Bonus-Malus sistemi vasitəsilə endirimlər müəyyən olunur. Sistemdə apardığımız araşdırmalar nəticəsində məlum olub ki, bəzi agentlər müştəriləri cəlb etmək üçün, aşağı qiymətə sığorta şəhadətnamələri satmaq üçün müxtəlif şəxslərin şəxsiyyət vəsiqələrindəki PİN kodlardan istifadə edirlər. Elektron satışa keçdikdən sonra isə bu cür maxinasiyaların qarşısı alınacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR