Ağcabədidə 2 otaqlı ev yanıb

Ağcabədidə 2 otaqlı ev yanıb
# 28 iyul 2016 19:53 (UTC +04:00)

Bakı-APA. Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın Ağcabədi rayonunda vətəndaşa məxsus ümumi 71 m2 olan birmərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının çardağının yanar konstruksiyaları 51 m2 sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR