Aygün Bəylərin üç il əvvəl qətl törətməkdə şübhəli bilinən qardaşı və digər şəxslər barəsində cinayət işi başlanıb

Aygün Bəylərin üç il əvvəl qətl törətməkdə şübhəli bilinən qardaşı və digər şəxslər barəsində cinayət işi başlanıb
# 30 avqust 2016 09:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda 3 il əvvəl qətl törətməkdə şübhəli bilinən şəxslərin barəsində cinayət işi başlanılıb.

APA-nın məlumatına görə, istintaq orqanı tərəfindən Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnurun barəsində cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə açılıb.

Həmin şəxslərin barəsində Suraxanı rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin avqustun 29-da yaydığı məlumatda bildirilir ki, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilərək basdırılması müəyyən edilib.

E. Hümmətovun meyiti eksqumasiya edilib.

Cinayət hadisəsini törətməkdə təqsirləndirilən şəxslərdən Abbas Hümmətov müğənni Aygün Bəylərin qardaşı, qətlə yetirilən Elnur Hümmətov isə əmisi nəvəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR