Totti “Roma”dan qovulub

Totti “Roma”dan qovulub
# 21 fevral 2016 14:51 (UTC +04:00)

Bakı – APA. “Roma”nın bugünkü məşqində insident baş verib.

Apasport.az saytının “La Gazette dello Sport”a istinadən məlumatına görə, “canavarlar”ın baş məşqçisi Luçano Spaletti komandanın kapitanı Françesko Tottini məşqdən qovub.

Buna səbəb 39 yaşlı veteran futbolçunun ötən gün verdiyi müsahibədir. Belə ki, yerli mətbuata danışan ulduz futbolçu komandadakı hazırkı vəziyyətindən narazı olduğunu, ayrılmaq istədiyini və ona daha çox hörmət edilməli olduğunu bildirib. Bu açıqlamalar isə 56 yaşlı Spalettini qane etməyib.

Əşyalarının toplayan və komanda yoldaşları ilə vidalaşan Totti klubun bazasını tərk edib və evinə yollanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR