Xaçmazda su basması nəticəsində köməksiz qalan şəxslər xilas edilib

Xaçmazda su basması nəticəsində köməksiz qalan şəxslər xilas edilib
# 02 sentyabr 2016 09:48 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Xaçmazda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Niyazoba kəndində yağan leysan yağışları nəticəsində həyətyanı sahəni su basması və 3 nəfərin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşları təhlükəsiz əraziyə çıxarılmasını təmin ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR