Azərbaycanda turizm zonalarında vergi və gömrük güzəştləri veriləcək

Azərbaycanda turizm zonalarında vergi və gömrük güzəştləri veriləcək
# 01 sentyabr 2016 17:50 (UTC +04:00)

Bakı – APA. Azərbaycanda turizm və rekreasiya zonalarında vergi və gömrük güzəştlərinin verilməsi nəzərdə tutulur.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncamda bildirilir.

Mədəniyyət və Turizm Nazirliyinə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə turizm və rekreasiya zonalarında vergi və gömrük güzəştlərinin və imtiyazlarının verilməsi ilə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR