Şirvanda maskalı şəxslər yaşayış evinə basqın edib

Şirvanda maskalı şəxslər yaşayış evinə basqın edib
# 04 avqust 2016 10:32 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Şirvanda yaşayış evinə basqın olub.

Şirvan şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, şəhər sakini Elnarə Cəfərovanın evinə girən üç maskalı şəxs onu və qızı Xədicəni bıçaqla hədələyərək mənzildən xeyli miqdarda pul və qızıl aparıblar.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslərin şəhər sakinləri Xəyyam Mehrəliyev, Kamran İsmayılov və İmran İsmayılov olması müəyyən edilib və onlar saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR