Traktorun altında qalan şəxs ölüb

Traktorun altında qalan şəxs ölüb
# 22 avqust 2016 10:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Yevlaxda traktorun altında qalan şəxs ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 20-də Yevlax rayonunun Tanrıqulular kəndində yerli sakin Cavid Sarıyev idarə etdiyi “MTZ-80” markalı traktorun idarəetməsini itirdiyindən yerə tullanıb və təkərin altında qalıb. C.Sarıyev hadisə yerində ölüb.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR