"Şahdəniz" layihəsinə çəkilən xərclər artıb

"Şahdəniz" layihəsinə çəkilən xərclər artıb
# 29 fevral 2016 12:35 (UTC +04:00)

Bakı - APA-Economics. 2015-ci il ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə təqribən 482 mln. dollar əməliyyat xərcləri və 4,37 mlrd. dollar əsaslı xərclər çəkilib.

"BP-Azərbaycan" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz Mərhələ 2" layihəsinə aiddir.

Xatırladaq ki, 2014-cü il ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə təqribən 400 mln. dollar əməliyyat xərcləri və 3,9 mlrd. dollar əsaslı xərclər çəkilib. Həmin dövrdə də əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz Mərhələ 2" layihəsinə aiddir.

"Şahdəniz"də iştirak payları belədir: BP (operator - 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR