İmişlidə baş verən yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb

İmişlidə baş verən yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb
# 30 iyul 2016 08:36 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı - APA. İmişlidə üç avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə İmişli şəhəri H.Əliyev prospektində baş verib. Baş verən zəncirvari qəzada İmişli rayonu Aranlı kənd sakini, 1992-ci il təvəllüdlü Babaşov Tacir Azər oğlu, Beyləqan sakini, 1992-ci il təvəllüdlü Ansurov Vüqar Vüqar oğlu, İmişli raonu Otuziki kənd sakini, 1989-cu il təvəllüdlü Muradov Elvin Etibar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon xəstəxanasına yerləşdirlib. "Mercedes" markalı avtomobilin sürücüsü İmişli rayon sakini, 1996-cı il təvəllüdül Quliyev Arif Zaur oğlu isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR