Bakı-Xarkov qatarında ukraynalı xanım uşaq dünyaya gətirib

Bakı-Xarkov qatarında ukraynalı xanım uşaq dünyaya gətirib
# 30 iyun 2016 16:04 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bakıdan yola düşən 449/450 nömrəli Bakı-Xarkov sərnişin qatarı Volqoqrad stansiyasına yaxınlaşarkən vaqonun sərnişini hamilə Alina Veşeteçkanın ağrıları kəskinləşib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, qatar rəisi İlhamə Bağırova, 5-ci vaqonun bələdçiləri Göyçək Hüseynova və Şeyda Fətəliyeva ona ilkin yardım göstəriblər.

Sərnişin oğlan uşağı dünyaya gətirib.

Volqoqrad stansiyasında “Təcili yardım” çağırtdırılıb, övladı dünyaya gələn sərnişin Alina Veşeteçka xəstəxanaya aparılıb.

Təcili yardım briqadası Azərbaycan dəmiryolçularına minnətdarlıq ediblrə.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR