Gəncədə avtomobil mağazaya çırpılıb, xəsarət alan var

Gəncədə avtomobil mağazaya çırpılıb, xəsarət alan var
# 08 iyul 2016 07:04 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncdə sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında şəhər sakini, 1985-ci il təvəllüdlü Şərəf Əliyev idarə etdiyi “Lada Priora” markalı avtomobili Şah İsmayıl Xətai prospektində yolun kənarındakı meyvə-tərəvəz mağazasına çırpıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.


Faktla bağlı Gəncə şəhər Baş Polis idarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR