Bakı. Hafiz Heydərov – APA. Qazax sakini Kür çayında batıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə iyulun 16-da Qazax rayonunun Aşağı Salahlı kəndində qeydə alınıb. Kənd sakini Elçin Lələyev Kür çayında çimərkən boğulub. Onun meyit sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.