Lavrov: “Moskva və Pekin Şimali Koreyanın nüvə silahı ilə bağlı ambisiyalarını qəbul etmir”

Lavrov: “Moskva və Pekin Şimali Koreyanın nüvə silahı ilə bağlı ambisiyalarını qəbul etmir”
# 11 mart 2016 10:36 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskva və Pekin Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının tələblərinə əməl edəcəyinə ümid bəsləyir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Van İ ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. "Ümid edirik ki, Şimali Koreya tərəfi müvafiq nəticə çıxararaq BMT TŞ-nin tələblərinə əməl edəcək”, - deyə o, söyləyib.

S. Lavrov Moskva və Pekinin Şimali Koreya Xalq Demokratik Respublikasının nüvə silahı ilə bağlı ambisiyalarını tanımadığını bildirib: "Koreya yarımadasındakı vəziyyət regionda silahlanma üçün bəhanə kimi istifadə olunmamalıdır. Rusiya da, Çin də Şimali Koreyanın raket və nüvə proqramının gələcək inkişafına mane olmaq üçün tədbirlərin görülməsinin tərəfdarıdırlar".

S. Lavrov qeyd edib ki, heç kəs Şimali Koreyanı raket-nüvə sahəsindəki avantüralarına görə müdafiə etməyə hazırlaşmır: "Ümid edirik ki, dünya ictimaiyyətinin sərt reaksiyası Pxenyan tərəfindən belə avantüraların bir daha təkrarlanmaması üçün siqnal kimi qəbul olunacaq. Ən azı, Pxenyana aydın olmalıdır ki, belə avantüralara görə heç kəs Şimali Koreyanı müdafiə etməyəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR