Seymur Həzinin kassasiya şikayəti təmin edilməyib

Seymur Həzinin kassasiya şikayəti təmin edilməyib
# 15 aprel 2016 10:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə APA. Bu gün Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən jurnalist Seymur Həzi ilə bağlı məhkəmə qərarından verilmiş kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, S.Həzi barəsində 2014 cü ilin avqust ayında Abşeron Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə S.Həzi 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan S.Həzi apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Daha sonra S.Həzi məhkəmə qərarından kassasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR