DİN: Polis bölməsinə dəvət olunan şəxs infarktdan ölüb - YENİLƏNİB

DİN: Polis bölməsinə dəvət olunan şəxs infarktdan ölüb - <span style="color: red;">YENİLƏNİB
# 13 may 2016 09:54 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Bakıda polis bölməsində baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 12-də Xəzər rayonunun Şüvəlan qəsəbə sakini Əli Rüstəmzadə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək mayın 11-də qəsəbə ərazisində Zaur adlı şəxsin bir neçə nəfərlə birgə onu, həmyerliləri Afəddin Hüseynovu və qardaşı Elməddini xuliqanlıq zəminində döyməsini bildirib. Araşdırma ilə əlaqədar 1-ci Polis Bölməsinə dəvət olunan qəsəbə sakini Zaur Sultanov Polis Bölməsinin həyətindəki oturacaqda infarktdan ölüb.

Mərhumun dayısı Əlihüseyn Zeynalov izahatında Z.Sultanovun ürək xəstəliyindən əziyyət çəkməsini bildirib.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

***

10:51

Bakı. Hafiz Heydərov – APA. Bakıda polis bölməsində ölüm hadisəsi baş verib.

Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün 1-ci Polis Bölməsində qeydə alınıb. İzahatı alınmaq üçün bölməyə dəvət olunan 1986-cı il təvəllüdlü Zaur Səxavət oğlu Sultanov polis bölməsinin həyətində səhhəti qəfildən pisləşib və ölüb. Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR