Bakı – APA. 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Rumıniyada təşkil olunacaq UEFA İnkişaf Turnirində iştirak edəcək. Apasport.az saytının məlumatına görə, millimiz meydan sahibləri, həmçinin Sloveniya və Türkiyə ilə mübarizə aparacaq.
İyunun 9-da start götürəcək turnir ayın 12-dək davam edəcək. Komandamız Rumıniyaya 18 futbolçu - Alina Mixaelis, Mərvə Özdəmir, Zəhra İncəoğlu (hamısı “Ayntraxt”, Frankfurt, Almaniya), Dilgə Uyğun, Gizəm Tənəkəci (hər ikisi “Frankfurt”, Almaniya), Günay İsmayılova, Roza Quliyeva (hər ikisi “Fidan”), Çağla Miray Kanpara (“Herta”, Almaniya), Manə Mollayeva (“Qəbələ”), Kristina Bakarandze (“Neftçi”), Nərmin Rəhmanova, Vüsalə Hacıyeva, Arzu Əliyeva, Firəngiz Teymurova, Nərmin İsmayılova, Vüsalə Seyfəddinova, Ayşən Əhmədova (hamısı “Təhsil”) və Adelina Nəziri (“Bohum”, Almaniya) ilə yollanacaq.
9 iyun
12:00. Rumıniya - Azərbaycan
10 iyun
21:00. Azərbaycan – Sloveniya
12 iyun
12:00. Türkiyə – Azərbaycan