Musiqili Teatr mövsümü "O olmasın, bu olsun” tamaşası ilə açır

Musiqili Teatr mövsümü "O olmasın, bu olsun” tamaşası ilə açır
# 07 sentyabr 2016 11:37 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Musiqili Teatrı yeni mövsümə 18 sentyabr – Milli Musiqi Günündə başlayacaq.

Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, 107-ci mövsümün açılış günü Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası nümayiş olunacaq. Musiqili komediya ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə də təqdim ediləcək.

Tamaşanın quruluşçu-rejissoru xalq artisti Cənnət Səlimovadır. Əsas rolları xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Ağaxan Şərifov, Səmədzadə Xasıyev, Aydan Həsənova, Hüseyn Əlili və başqaları ifa edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR