Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 7 Sentyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 7 Sentyabr
# 07 sentyabr 2016 18:04 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Türkiyə Suriyada Rusiya, İran və ABŞ-ın maraqlarının imkan verəcəyi yerə qədər irəliləyə biləcək. Əl-Bab gediləcək son nöqtədir, buradan Hələbə, Raqqaya, yaxud Fəratın qarşı sahilinə irəliləmək kiminləsə sazişə getmək, kiməsə rəqib olmaq deməkdir. Açıqlamalardan görünür ki, Əl-Babın İŞİD-dən təmizlənməsinə heç kəs etiraz etmir, sadəcə hər kəsin Ankara qarşısında şərti var. ABŞ Türkiyə ordusunun Əl-Babdan sonra Menbiçə, yaxud Fəratın qarşı sahilinə keçməsini istəmir, Ankaraya Rəqqaya girməyi məsləhət görür. Rusiya Azad Suriya Ordusunun Əsəd qüvvələrini Hələbdən çıxarmasını arzulamır, əl-Babı son nöqtə sayır. İran Türkiyənin Menbiçə girməsində maraqlı olsa da, susqunluğunu qoruyur. Türkiyə isə indi və bundan sonra ən optimal irəliləmə nöqtəsinin Əl-Bab olacağını artıq özü üçün yəqinləşdirib. Şərtlər uyğun gələrsə, əməliyyat planına Menbiç də daxil edilə bilər, buradan sonrası isə artıq çəkiləcək yük deyil. Ankaranın “Gəlin Rəqqaya birlikdə girək” mesajı ilə birlikdə “Menbiçin əhalisinin 90 faizi ərəbdir, YPG-nin orada nə işi var” deməsi bir sövdələşmə cəhdidir. Əl-Bab və Menbiç İŞİD və YPG-dən təmizləndikdən sonra əməliyyata hər kəs dəstək verməlidir. Əgər dəstək verilməyəcəksə, Türkiyənin işi tampon bölgə yaratmaqla və bu bölgənin İŞİD, YPG, yaxud Əsədin nəzarətinə keçməməsini təmin etməklə bitəcək.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR