Beyləqanda ev əşyaları ilə birlikdə yanıb

Beyləqanda ev əşyaları ilə birlikdə yanıb
# 21 sentyabr 2016 23:51 (UTC +04:00)

Bakı-APA. Beyləqanda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Beyləqan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 65 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub. Yanğın saat 00:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR