Bakıda iş adamı özünü güllələyib

Bakıda iş adamı özünü güllələyib
# 04 oktyabr 2016 09:00 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda intihar hadisəsi baş verib.

Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 5, ev 8 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1956-cı il təvəllüdlü Zəlimxan Osman oğlu Bünyadov yaşadığı evdə ov tüfəngi ilə özünü güllələyib.

Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, Z. Bünyadov sahibkarlıqla məşğul olurmuş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR