“Qala Sığorta” nizamnamə kapitalını artırır

“Qala Sığorta” nizamnamə kapitalını artırır
# 05 oktyabr 2016 16:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Qala Sığorta” ASC-nin hər birinin nominal dəyəri 23 manat olan 350000 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı dövlət qeydiyyatına alınıb.

Bu barədə “APA-Economics”ə Palatadan məlumat verilib.

Məlumata əsasən, səhmlər Cəmiyyətin hər birinin nominal dəyəri 19,39 manat olan 350000 ədəd adi sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR