Dövlət Qulluğu Məcəlləsi layihəsi yenidən işlənilib

Dövlət Qulluğu Məcəlləsi layihəsi yenidən işlənilib
# 19 mart 2016 14:11 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və sistemləşdirilməsi məqsədilə “Dövlət Qulluğu Məcəlləsi”nin yeni layihəsi hazırlanıb.

Bu barədə APA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan məlumat verilib.

Məlumatda qeyd olunub ki, dövlət orqanları tərəfindən verilmiş rəy və təkliflər də nəzərə alınmaqla, layihə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən yenidən işlənilib və müvafiq dövlət orqanlarına təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR