Səudiyyə Ərəbistanı neft hasilatının dondurulması ilə bağlı şərtini açıqlayıb

Səudiyyə Ərəbistanı neft hasilatının dondurulması ilə bağlı şərtini açıqlayıb
# 01 aprel 2016 13:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Səudiyyə Ərəbistanı neft hasilatının dondurulması ilə bağlı şərtini açıqlayıb.

"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı şahzadəsinin müavini, müdafiə naziri Məhəmməd bin Salmanın sözlərinə görə, krallıq bu addımı yalnız İran və digər iri hasilatçılar neft hasilatını dondurduqdan sonra ata bilər.

Nazirin bu açıqlamasına Kremldən də reaksiya gəlib. Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov deyib ki, iri neft hasilatçılarının Qətərin paytaxtı Dohada aprelin 17-də baş tutacaq görüşünə hazırlıqlar gedir və vaxtı qabaqlamaq lazım deyil.

Qeyd edək ki, Dohada keçirilən görüşdə iştirak etmək üçün 12 ölkə razılıq verib. Bunlar Səudiyyə Ərəbistanı, Rusiya, Küveyt, BƏƏ, Venesuela, Nigeriya, Əlcəzair, İndoneziya, Ekvador, Bəhreyn, Oman və Qətərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR