Samux rayon sakini döyülüb

Samux rayon sakini döyülüb
# 03 aprel 2016 18:02 (UTC +04:00)

Samux. Azər Məmmədli – APA. Samuxda döyülmə faktı qeydə alınıb.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə rayonun Qarayeri qəsəbə sakini, 1961-ci il təvəllüdlü Bəhruz Vəliyev alt çənə sümüyünün qırığı və bədənin müxtəlif hissələrinin xəsarəti əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. B. Vəliyevin hansı şəraitdə və kim tərəfindən döyüldüyü hələ ki, məlum deyil.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR