Matviyenko: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini davam etdirəcək"

Matviyenko: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini davam etdirəcək"
# 04 aprel 2016 14:28 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək".

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko deyib. O bildirib ki, Ermənistan və Azərbaycan regionda sülh prosesinin bərpa olunmasında məsuliyyətlərini anlamalıdırlar: “Biz Dağlıq Qarabağdakı vəziyyətdən narahatıq. Məlumat alan kimi, dərhal hər iki tərəfin döyüş və hərbi əməliyyatları dayandırmasının vacibliyi barədə bəyanatlar verildi”.

V. Matviyenko qeyd edib ki, Rusiya hər zaman münaqişənin sülh yolu ilə həllinə tərəfdar çıxıb və münaqişəsinin güc yolu ilə həlli yoxdur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR