Fransa Ermənistanla Azərbaycanı atəşkəsə əməl etməyə çağırıb

Fransa Ermənistanla Azərbaycanı atəşkəsə əməl etməyə çağırıb
# 06 aprel 2016 16:27 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Fransa Dağlıq Qarabağda atəşkəsin əldə edilməsi ilə bağlı razılaşmanı alqışlayır.

APA-nın xəbərinə görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, Fransa hər iki tərəfi atəşkəsə əməl etməyə çağırır: “Münaqişənin beynəlxalq hüquq əsasında sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqların bərpası vacibdir. Xarici işlər və beynəlxalq inkişaf naziri Jan Mark Ayronun bildirdiyi kimi nə “status-kvo”, nə də hərbi gücdən istifadə münaqişənin həlli yolu ola bilməz”, - deyə bəyanatda bildirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR