Qafqaz Universitetində multikulturalizm mövzusunda mühazirə keçirilib

Qafqaz Universitetində multikulturalizm mövzusunda mühazirə keçirilib
# 22 fevral 2016 10:24 (UTC +04:00)

Bakı-APA. Qafqaz Universitetində multikulturalizm mövzusunda növbəti mühazirə keçirilib.

Universitetdən APA-ya verilən məlumata görə, Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə Qafqaz Universitetinin akademik heyəti və tələbələri iştirak edib. Ali Məktəbin prorektoru Niftalı Qocayev ölkədə aparılan multikulturalizm siyasətindən və xalqımızın multikulturalizm ənənələrindən danışıb.

AMEA -nın Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri, tarix üzrə fəlsəfə doktoru, tədqiqatçı Təvəkkül Əliyev "Qafqaz Albaniyasında antik yaşayış məskənləri: biz nə bilirik?" mövzusunda məruzə ilə çıxış edib. Məruzədən sonra T. Əliyev sualları cavablandırıb. Sonda qonağa plaket təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR