Xaçmaz sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

Xaçmaz sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub
# 08 avqust 2016 11:15 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayon sakini Cəfər Hacıyevi qətlə yetirməkdə təqsirləndirilən şəxs saxlanılıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quliyev Nöhbala Ağadadaş oğlu istintaqa təhvil verilib və onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 1972-ci il təvəllüdlü C. Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti avqustun 4-də yol kənarında aşkarlanıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR