Sabah hava qeyri-sabit keçəcək, güclü külək əsəcək, yağış yağacaq

Sabah hava qeyri-sabit keçəcək, güclü külək əsəcək, yağış yağacaq
# 23 sentyabr 2016 10:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Sentyabrın 24-də Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Havanın temperaturunun gecə 16-19° isti, gündüz 19-22° isti, Bakıda gecə 16-18° isti, gündüz 19-21° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturunun gecə 14-19° isti, gündüz 20-25° isti, dağlarda gecə 6-11° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 24-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda arabir yağışlı hava şəraiti, əvvəlki günlərlə nisbətən temperaturun aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir. Sentyabrın 25-i gündüz, 26-da meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR