Azərbaycanda iki lotereyada ümumilikdə 82 min manat udulub

Azərbaycanda iki lotereyada ümumilikdə 82 min manat udulub
# 21 iyun 2016 14:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İyunun 13-də "Azərlotereya" ASC-nin təşkil etdiyi "Binqo" lotereyasının 276-cı tirajında 19 min manata yüksəlmiş cekpot "011116" nömrəli biletin sahibi tərəfindən qazanılıb.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bundan başqa, iyunun 18-də "6/40" lotereyasının 1264-cü tirajında 62 min 910 manata yüksəlmiş cekpot "051917" nömrəli biletin sahibi tərəfindən udulub.

"Azərlotereya" ASC lotereya həvəskarlarının nəzərinə çatdırır ki, "5/36" lotereyasının cekpotu artıq 108 min 370 manat, "Klassik Loto"nun meqapotu isə 255 min manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR