Rusiya silahlı dəstə yaratmaqda təqsirləndirilən azərbaycanlını İnterpol xətti ilə axtarışa verib

Rusiya silahlı dəstə yaratmaqda təqsirləndirilən azərbaycanlını İnterpol xətti ilə axtarışa verib
# 25 fevral 2016 15:00 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1992-ci ildə İmişli rayonunun Soltanmuradlı kəndində doğulmuş Vüsal Bədəlov qanunsuz silahlı dəstənin yaradılmasında iştirakda təqsirləndirilir.

V. Bədəlov Rusiyanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR