Neftçalada yaşayış evi yanıb, xəsarət alan var

Neftçalada yaşayış evi yanıb, xəsarət alan var
# 15 aprel 2016 10:12 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Neftçala rayonunda yaşayış evi yanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 14-də saat 16 radələrində Nefçala rayonunun Xolqarabucaq kəndində yaşayan Ədalət Ələkbərovun evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan Ə.Ələkbərovun arvadı Nərgiz xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR