Odlar Yurdu Universitetinin prorektorunun otağından 500 min manat oğurlayan dəstənin bir üzvü tutulub - YENİLƏNİB

Odlar Yurdu Universitetinin prorektorunun otağından 500 min manat oğurlayan dəstənin bir üzvü tutulub - <span style="color: red;">YENİLƏNİB
# 25 yanvar 2016 09:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda universitetdən oğurlanan 500 min manat pulun kimin otağından aparıldığı məlum olub.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, içərisində 500 min manat olan seyf Odlar Yurdu Universitetinin prorektoru Munir Vəliyevin xidməti otağından oğurlanıb.

Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, M. Vəliyev Odlar Yurdu Universitetinin rektoru, deputat Əhməd Vəliyevin oğludur.

Ə. Vəliyev APA-ya açıqlamasında faktı təsdiqləyib. O qeyd edib ki, oğurlanan pullar universitetin kollektivinin maaşının verilməsi üçün bankdan götürülən vəsait olub. "Hadisəni törədənlərin hamısı məlumdır, artıq tutulanlar da var", - deyə rektor qeyd edib.

***

saat 10.47

Bakı. Hafiz Heydərov – APA. Bakıda universitetdən içərisi pulla dolu seyfi oğurlayan dəstənin bir üzvü tutulub.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində bir neçə gün əvvəl Odlar Yurdu Universitetindən içərisində 500 min manat olan seyfi oğurlayan 4 nəfərdən ibarət dəstənin üzvlərindən biri - 25 yaşlı Sübhan Ələkbərov saxlanılıb. Hazırda polis dəstənin digər 3 üzvünün tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.

Qeyd edək ki, məlum hadisə yanvarın 9-da qeydə alınıb. Odlar Yurdu Universitetindən içərisində 500 min manat olan seyf naməlum şəraitdə oğurlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR