Biləsuvarda Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evləri verilib

Biləsuvarda Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evləri verilib
# 01 aprel 2016 12:49 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Biləsuvar rayonunda inşa olunmuş 3 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinə təqdim olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ailə üzvlərinin sayına uyğun olaraq hər biri üçotaqlı olan evlərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.

Evlərin təqdim olunması zamanı Azərbaycanda həyata keçirilən sosial siyasətdə müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin mühüm yer tutduğu önə çəkilərək, onların maddi təminatlarının gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində görülən işlər diqqətə çatdırılıb.

Qeyd olunub ki, keçən il və cari ilin ötən dövründə nazirlik tərəfindən Bakı şəhəri və respublikamızın bölgələri üzrə ümumilikdə 360 nəfərə yaxın Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, həmçinin hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınması və təmir etdirilməsi işləri davam etdirilir.

Tədbirdə müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin sosial müavinət və ya əmək pensiyaları, eyni zamanda Azərbaycan prezidentinin aylıq təqaüdləri ilə də təmin olunmalarından bəhs olunub, bu sahədə təminatın daim gücləndirildiyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR