® Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllim və şagirdləri “Azərkosmos” ASC-də ekskursiyada olublar

<font color=red>® </font>Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllim və şagirdləri “Azərkosmos” ASC-də ekskursiyada olublar
# 14 mart 2016 11:17 (UTC +04:00)

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri müəllimlərilə birlikdə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə ekskursiyada oldular. Ekskursiya zamanı onlara “Azərkosmos”un yaranması, iş prinsipi, Azərbaycan peykləri olan

“Azerspase 1”, “Azersky” peyklərinin texniki xarakteristikası,təyinatı və idarə olunması haqqında ətraflı məlumat verildi. Şagirdlər və müəllimlərin sualları da əməkdaşlar tərəfindən cavablandırıldı.

Bu cür tədbirlər Heydər Əliyev adına Müasir Təhsil Kompleksi tərəfindən daim həyata keçirilir və şagirdlərin hərtərəfli inkişafına, geniş dünyagörüşünün formalaşmasına kömək edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR