Tovuzda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Tovuzda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
# 12 avqust 2016 13:20 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alakol kəndi ərazisində qeydə alınıb.

“VAZ 21015” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində Alakol kənd sakinləri - 1962-ci il təvəllüdlü Məhəbbət Əliyeva və 1956-cı il təvəllüdlü Nurəddin Əliyev, habelə Əyyublu kənd sakini, 1985-ci il təvəllüdlü Vüqar Əliyev müxtəlif bədən xəsarətləri alıblar. Onlar Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Xəsarət alan şəxslərə tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR