Milli Məclisin İntizam komissiyası genişlənir

Milli Məclisin İntizam komissiyası genişlənir
# 25 yanvar 2016 12:58 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin İntizam komissiyasının tərkibinə daha bir deputat əlavə edilir.

MM-dən APA-ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi İntizam Komissiyasının təşkil edilməsi haqqında” qərar layihəsi plenar iclasda müzakirəyə çıxarılacaq. Layihəyə əsasən deputat Kamran Telman oğlu Nəbizadə komissiyanın tərkibinə əlavə edilir. O, 107 saylı Qazax seçki dairəsindən seçilmiş bitərəf deputatdır.

Qərar layihəsi Milli Məclisin fevralın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR