Samuxda meşədə yanğın olub

Samuxda meşədə yanğın olub
# 28 avqust 2016 09:07 (UTC +04:00)

Bakı-APA. Samux rayonu, Burunqovaq kəndində Meşə Mühafizə və Bərpa Müəssisəsinə məxsus ərazidə ağaclar, kol-kos və qamışlıq 25 ha sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR