SOCAR: “Günəşli'” yatağında qaz fontanı yanğına keçib - YENİLƏNİB-1

SOCAR: “GünəşliYENİLƏNİB-1 '>
# 26 sentyabr 2016 18:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. “Günəşli'” yatağının 19-cu özülündə 71 nömrəli quyuda qəzanın aradan qaldırılması üçün tədbirlər görülür.

SOCAR-dan APA-ya verilən məlumata görə, “Günəşli'' yatağının 19-cu özülündə 71 nömrəli quyuda görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq fontan yanğına keçib. Bütün işçilər özüldən təxliyə olunub. Xəsarət alan olmayıb.

Açıq fontanın qarşısının alınması üçün lazımi tədbirlər həyata keçirilir.

***

saat 15.30

Bakı. Vüsal Nəbiyev - APA-Ecomomics. “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürünün meydana çıxması ilə əlaqədar təhlükənin qarşısının alınması üçün bütün texniki tədbirlə görülüb. Prosesin özüldəki başqa quyulara təsir etməməsi üçün digər quyuların hamısı bağlanıb.

Bu barədə "APA-Ecomomics"ə SOCAR-dan bildirilib.

Məlumatda qeyd olunur ki, mütəxəssislər və hadisənin lokallaşdırılması üçün lazım olan şəxslər orada saxlanılıb, qalan işçilər isə təxliyə olunub.

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və FHN-in gəmiləri hadisə yerinə cəlb olunub.

Hazırda hadisənin qarşısının alınması üçün ərazidə 9 gəmi iş aparır.

Qaz təzahürünün qarşısı hələlik alınmayıb, tədbirlər davam etdirilir.

Ehtiyac olarsa, əlavə gəmilər də göndəriləcək.

***

saat 14.54

Bakı - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürünün meydana çıxması ilə bağlı məlumat yayıb.

FHN-dən APA-ya verilən məlumatda bildirilir ki, sentyabrın 26-da Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Vixır-5 və Vixır-7 yanğınsöndürmə gəmiləri dərhal özülə yan alıb və təhlükəsizlik tədbirlərinin görülməsinə başlanıb.

Hazırda qaz təzahürünün qarşısının alınması istiqamətində işlər görülür. Əlavə məlumat veriləcək.

***

saat 14.39

Bakı - APA-Economics. “Günəşli” yatağının 19-cu özülündə 71 nömrəli quyuda alçaq təzyiqli qaz təzahürü baş verib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib.

NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb. Hazırda özüldəki işçilərin təxliyəsi üçün heç bir əsas yoxdur.

Fontana qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları tərəfindən alçaq təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər görülür.

Hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək.

***

saat 13.24

Bakı - APA. Sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü yaranıb və yanğın baş verib.

SOCAR-dan APA-ya verilən məlumata görə, NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb.

Hazırda özüldəki işçilərin təxliyəsi üçün heç bir əsas yoxdur. Fontana qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları tərəfindən alçaq təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər görülür.

Hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR