Gəncə şəhər sakini bıçaqlanıb

Gəncə şəhər sakini bıçaqlanıb
# 10 mart 2016 21:54 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1978-ci il təvəllüdlü Seymur Quliyev bel nahiyyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Yaxınlarının bildirdiyinə görə, S. Quliyev evdən çıxandan 15 dəqiqə sonra bıçaqlanıb. Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki məlum deyil.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR