Obama: “ABŞ hakimiyyəti müsəlman vətəndaşlarının diskriminasiyasına yol verməyəcək”

Obama: “ABŞ hakimiyyəti müsəlman vətəndaşlarının diskriminasiyasına yol verməyəcək”
# 15 iyun 2016 03:25 (UTC +04:00)

Bakı-APA. ABŞ hakimiyyəti müsəlman vətəndaşlarının diskriminasiyasına yol verməyəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama deyib.

Obama xatırladıb ki, Orlando, San-Bernardino və digər şəhərlərdə baş verən terror aktları məhz ABŞ vətəndaşları tərəfindən törədilib: “Onların hamısı ABŞ vətəndaşıdır. Məgər biz amerikalı-müsəlmanlarla başqa cür davranmalıyıq? Onları xüsusi nəzarətdə saxlamalıyıq? Onları dini mənsubiyyəti əsasında diskriminasiyaya məruz qoymalıyıq? Bu bizim demokratiya ideyalarımızı əks etdirmir. Bu terrorçuların xeyrinədir, biz buna yol verə bilmərik. Mən buna yol vermərəm!”.

Qeyd edək ki, Orlando şəhərində 49 nəfərin ölümü və 53 nəfərin yaralanması ilə nəticələnən terror aktından sonra Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp prezident seçiləcəyi təqdirdə müsəlmanların ölkəyə girişinə qadağa qoyacağını vəd edib və yerli müsəlman icmasından dini radikalları polis orqanlarına təhvil verməyi tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR