Bakıda ev sahibi xadimənin oğurluq etdiyini iddia edir

Bakıda ev sahibi xadimənin oğurluq etdiyini iddia edir
# 03 iyun 2016 07:51 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda xadimə işlədiyi evi qarət edib.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Təbriz küçəsi ev 94, mənzil 66 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1987-ci il təvəllüdlü Məlahət Rufulla qızı Əzimova polisə ərizə ilə müraciət edərək evində xadimə işləyən Cəmilə adlı qadının ona məxsus 5500 manat pul və qızıl əşyalarını oğurladığını bildirib.

Daxil olan şikayət ərizəsi əsasında araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR