Sabunçuda altı otaqlı evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib

Sabunçuda altı otaqlı evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib
# 21 fevral 2016 14:40 (UTC +04:00)

Bakı - APA. Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan (hər mərtəbəsi 250 kv.m) ikimərtəbəli, 6 otaqlı evin 1-ci mərtəbəsinin dəhlizində quraşdırılmış rəf, dəhlizin tavanı 5 kv.m sahədə, 2-ci mərtəbəsində bir otağın döşəməsi 2 kv.m sahədə yanıb, yüksək temperaturdan 1-ci mərtəbədə yerləşən mətbəxin lambirdən ibarət tavanı 7 kv.m sahədə əriyib.

APA-nın FHN-in saytına istinadın verdiyi məlumata görə, yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR