“Azadlıq” qəzetinin əməkdaşı Faiq Əmirlinin işi ilə bağlı ifadə verib

“Azadlıq” qəzetinin əməkdaşı Faiq Əmirlinin işi ilə bağlı ifadə verib
# 07 sentyabr 2016 11:29 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. “Azadlıq” qəzetinin əməkdaşı Vidadi Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Bu barədə APA-ya V. Məmmədov özü məlumat verib. O qeyd edib ki, bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində “Azadlıq” qəzetinin həbsdə olan direktoru Faiq Əmirlinin işi ilə bağlı ifadə verib.

Jurnalist istintaq sirri olduğu üçün bu barədə əlavə açıqlama verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR