Müdafiə Sənayesi Nazirliyində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

Müdafiə Sənayesi Nazirliyində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib
# 01 dekabr 2015 13:08 (UTC +04:00)

Bakı – APA. Müdafiə Sənayesi Nazirliyində Gürcüstan müdafiə nazirinin müavini David Ebralidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı məlumat verilib.

Görüşdə Azərbaycanla Gürcüstan arasında müdafiə sənayesi üzrə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Gürcüstanın Azərbaycandakı hərbi attaşesi də görüşdə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR