Misir təyyarəsini qaçırmaqda şübhəli bilinən şəxsin həyat yoldaşı təkziblə çıxış edib

Misir təyyarəsini qaçırmaqda şübhəli bilinən şəxsin həyat yoldaşı təkziblə çıxış edib
# 29 mart 2016 12:01 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Misirə məxsus sərnişin təyyarəsinin qaçırılmasında şübhəli bilinən Qahirədəki Amerika Universitetinin professoru İbrahim Samahinin həyat yoldaşı Misirin "ON-TV" kanalına müsahibəsində həyat yoldaşının təyyarəni qaçırması ilə bağlı məlumatları təkzib edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qadın bildirib ki, həyat yoldaşı heç vaxt Kiprdə olmayıb. O qeyd edib ki, təyyarəni qaçıran şəxsə aid olan və KİV-də yayılan fotodakı şəxs həyat yoldaşı deyil. Qadın İ. Samahinin digər sərnişinlərlə birlikdə təyyarədən buraxıldığını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR