Fransada baş verən yol qəzası zamanı ölənlərin sayı 42-yə çatıb - YENİLƏNİB

Fransada baş verən yol qəzası zamanı ölənlərin sayı 42-yə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 23 oktyabr 2015 09:23 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Fransanın cənub-qərbində baş verən yol qəzası zamanı ölənlərin sayı 42-yə çatıb. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hadisə Jironde regionunun Liburn şəhəri yaxınlığında yük maşını və avtobusun toqquşması nəticəsində baş verib.
Məlumata əsasən avtobus və yük maşını toqquşmadan sonra yanıb.
Avtobusun əksər sərnişinləri ölüb. İlkin məlumatda deyilir ki, ölənlərin çoxu ekskursiyaya yollanan yaşlı adamlardır. Sağ qalanların təxminən 8 nəfər olduğu bildirilir. Onlardan 3-ü yaralıdır.
Hadisə yerində yanğından mühafizə xidmətinin 60 əməkdaşı işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR